Bakıda Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlanıb

Bakıda Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlanıb Bakıda Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlanıb.
Daxili siyasət
449
22 Yanvar , 2022 12:58
Bakıda Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlanıb

Bakıda 246 nəfər barəsində Amnistiya Aktı tətbiq edilib.

"Report"un məlumatına görə, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 18 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cinayət məsuliyyətindən azad ediliblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi 5 noyabr 2021-ci il tarixində “8 noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Qərar qəbul edib. 

Son xəbərlər

Orphus sistemi