Bakı Şəhər Prokurorluğunda Azərbaycan prokurorluğunun yaradılmasının 101-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramına həsr olunan tədbir keçirilib.
Xüsusilə vurğulanıb ki, ümummilli lider
Bildirilib ki, Prezident
Diqqətə çatdırılıb ki, respublikada davamlı şəkildə həyata keçirilən hüquqi islahatların nəticəsi olaraq Bakı Şəhər Prokurorluğu da inkişaf yolu keçməklə öz fəaliyyətini təkmilləşdirmiş və qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi istiqamətində uğurlu nəticələr əldə edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, həyata keçirilən köklü islahatlar Azərbaycan prokurorluğunu və onun tərkib hissələrindən olan Bakı Şəhər Prokurorluğunu insan hüquq və azadlıqlarının layiqli müdafiəçisinə çevirən etibarlı dövlət orqanı kimi formalaşdırıb.
Tədbirdə çıxış edən Bakı şəhər prokurorunun müavini Azər Əsgərov prokurorluq orqanlarının keçdiyi şərəfli tarixdən, prokurorluğa göstərilən dövlət qayğısından bəhs edərək prokurorluq orqanlarının dövlət orqanları sistemindəki rolunu diqqətə çatdırıb.
Bakı şəhər prokuroru İlqar Abbasov yekunda prokurorluq orqanları işçilərinin peşə bayramı günü münasibəti ilə prokurorluq işçilərini bir daha təbrik edərək, prokurorluğa göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
İ.Abbasov əmin edib ki, Bakı Şəhər Prokurorluğu bundan sonra da dövlətçiliyimizin, suverenliyimizin qorunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində yüksək məsuliyyət hissi ilə çalışacaqdır.
Tədbirin sonunda Baş prokurorun müvafiq əmri ilə barələrində həvəsləndirmə tətbirləri tətbiq edilmiş əməkdaşlara mükafatlar təqdim edilib.