BŞBPİ-də toplantı keçirilib, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması istənilib

BŞBPİ-də toplantı keçirilib, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması istənilib Bakı Şəhər Baş Polis İdarəsində paytaxtın polis sahə rəisləri və inspektorlarının iştirakı ilə ümumşəhər toplantısı keçirilib. Üç gün davam edən toplantıda görülən işlər, qarşıda duran vəzifələr müzakirə edilib.
Daxili siyasət
13 Dekabr , 2023 11:13
BŞBPİ-də toplantı keçirilib, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması istənilib

Bakı Şəhər Baş Polis İdarəsində paytaxtın polis sahə rəisləri və inspektorlarının iştirakı ilə ümumşəhər toplantısı keçirilib. Üç gün davam edən toplantıda görülən işlər, qarşıda duran vəzifələr müzakirə edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

BŞBPİ-nin İctimai təhlükəsizlik idarəsinin rəisi polis polkovniki Elnur Kərimov vuğulayıb ki, vətəndaşlara və onların müraciətlərinə diqqətlə yanaşılması, DİN rəhbərliyinin göstərişlərinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin edilməsi əsas vəzifələr sırasındadır.

Hər bir əməkdaşdan cinayətkarlığın profilaktikası və ictimai asayişin təminində yüksək peşəkarlıq göstərməsi tələb olunur. Hazırda da aktual olan qanunsuz silahların aşkarlanması və müsadirə edilməsinin, ov silahlarının saxlanılması vəziyyətinin yoxlanılmasının əhəmiyyəti xüsusilə vurğulanıb.

Daha sonra qanunsuz küçə ticarəti və antisanitariya hallarının aradan qaldırılması, qeydiyyat qaydalarının yoxlanılması, münaqişəli ailələrlə profilaktiki iş və yerlərdə olan vəziyyət öyrənilib, müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi