Bakı. 27 may. REPORT.AZ/ Milli Şuranın mayın 30-da keçirəcəyi mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıblar.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, mayın 29-da saat 17:00-da Bakı Şəhər Baş Polis İdarəsində olacaqlar.
O, çağırışın mayın 30-da saat 15:00-da keçiriləcək mitinqlə əlaqədar olduğunu bildirib.
Qeyd edək ki, Milli Şuranın mitinqi Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") keçiriləcək. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.