Bakı Dəmiryol Vağzalında konsert proqramı təşkil olunub - VİDEO

Bakı Dəmiryol Vağzalında konsert proqramı təşkil olunub - VİDEO Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı ərəfəsində Bakı Dəmir Yolu Vağzalının gözləmə zalında konsert proqramı təşkil olunub.
Daxili siyasət
30 Dekabr , 2019 22:23
Bakı Dəmiryol Vağzalında konsert proqramı təşkil olunub - VİDEO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı ərəfəsində Bakı Dəmir Yolu Vağzalının gözləmə zalında konsert proqramı təşkil olunub. 

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. “Swing Soul Band” musiqi qrupunun ifasında sərnişinlərə milli və xarici musiqilərin sintezindən ibarət proqram təqdim edilib.

Konsertin məqsədi şəhərimizin mərkəzində yerləşən vağzal binasının mühüm sosial və mədəni tədbirlər məkanına çevrilməsi layihəsinə töhfə verməkdir. Layihə çərçivəsində təkcə sərnişinlərin deyil, eləcə də şəhərimizin qonaqları və sakinləri üçün burada müxtəlif maraqlı davamlı sosial-mədəni tədbirlərin təşkili nəzərdə tutulur.

Konsert proqramı bayram ərəfəsində vağzalın xidmətlərindən istifadə edən vətəndaşlar tərəfindən xoş qarşılanıb və onlarda müsbət bayram əhval-ruhiyyəsi yaradıb.

Son xəbərlər

Orphus sistemi