Bakı. 18 noyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru dəyişdirilib. “Report”un xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Belə ki, Prezidentin sərəncamı ilə Elçin İsmayıl oğlu Mirzəyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Taleh Məhəmməd oğlu Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru təyin edilib.