Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə təqaüdə göndərilib.
“Report" xəbər verir ki, yaş həddi ilə bağlı onun hakimlik səlahiyyəti müddəti başa çatıb.
Belə ki, İ.Həsənzadə hakim icraatında olan sonuncu cinayət işi üzrə hökmü oxuyub.
Qeyd edək ki, İradə Həsənzadə hakimlik fəaliyyətinə 2000-ci ildə başlayıb. O, 2000-2007-ci illərdə Xətai Rayon Məhkəməsinin sədri, 2007-2008-ci illərdə Nizami Rayon Məhkəməsinin hakimi, 2008-2010-cu illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub.
2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.