Yuxarı

​Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib - FOTO

Bununla bağlı Azərbaycan Prezidenti sərəncam imzalayıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Ramella Allahverdiyevanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Ramella Allahverdi qızı Allahverdiyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.

Qeyd edək ki, R.Allahverdiyeva 1950-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini bitirib. 2007-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub. Sonradan məhkəmənin adı dəyişdirilərək Bakı Ağır Cinayətlər Məhkəməsi olub. R.Allahverdiyeva 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. Onun səlahiyyət müddətinin bitməsinə az vaxt qalmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi