Bahar Muradova: “QHT-lərlə bağlı sahədə bəzi problemlərin olmasını inkar etmək olmaz”

Bahar Muradova: “QHT-lərlə bağlı sahədə bəzi problemlərin olmasını inkar etmək olmaz” “ Azərbaycan hökuməti tənqidlərə hər zaman açıqdır”
Daxili siyasət
18 Aprel , 2017 10:35
Bahar Muradova: “QHT-lərlə bağlı sahədə bəzi problemlərin olmasını inkar etmək olmaz”
Report.az

Bakı. 18 aprel. REPORT.AZ/ “Azərbaycan müstəqillik əldə etdikdən sonra qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri üçün bütün imkanlar yaradılıb, qanunvericilik bazası formalaşdırılıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova qeyri-hökumət təşkilatlarına dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması mövzusunda keçirilən konfransda deyib. 

O bildirib ki, Azərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün sərbəst mühitin formalaşdırılmasına nail olub: “Biz beynəlxalq təşkilatlarla da əməkdaşlığa da xüsusi önəm veririk. Bütün bunlara baxmayaraq QHT-lərlə bağlı sahədə bəzi problemlərin olmasını inkar etmək olmaz. Bəzi nöqsanlar ola bilər. Azərbaycan hökuməti tənqidlərə hər zaman açıqdır. Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihəsi olan “Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu layihəsi çərçivəsində Avropa Şurasının beynəlxalq QHT Konfransının QHT qanunvericiliyi üzrə ekspertlər şurası ilə birgə hesabat hazırlanıb. Burada bəzi tövsiyələr qeyd olunub”.

Son xəbərlər

Orphus sistemi