Yuxarı

​Əli Kərimlinin AXCP ilə bağlı növbəti məhkəməsinin vaxtı açıqlanıb

İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Əli Kərimlinin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə bağlı iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində fevralın 23-də baxılacaq.

Bu barədə "Report"a vəkil Fəxrəddin Mehdiyev məlumat verib. O bildirib ki, məhkəmə prosesi saat 15:00-da olacaq.

Xatırladaq ki, AXCP-nin 2015-ci il sentyabrın 27-də qurultayı keçirilib. Açıq səsvermə ilə Əli Kərimli sədr seçilib.

Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib.

Ədliyyə Nazirliyi eyni qərarı Razi Nurullayevlə də bağlı verib. Nazirlik R.Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də etimad qurultayının nəticələrini tanımayıb.

O, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsə də, iddia icraata götürülməyib. R.Nurullayev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi