​Razi Nurullayevin AXCP ilə bağlı iddiası üzrə məhkəmə təxirə salınıb

​Razi Nurullayevin AXCP ilə bağlı iddiası üzrə məhkəmə təxirə salınıb Hakim Nurəddin Mustafayevin sədrliyi ilə keçirilən iclasda iddia ilə bağlı əlavə sənədlər tələb olunub
Daxili siyasət
11 Fevral , 2016 16:35
​Razi Nurullayevin AXCP ilə bağlı iddiası üzrə məhkəmə təxirə salınıb

Bakı. 11 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Razi Nurullayevin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə bağlı iddiası üzrə məhkəmə iclası keçirilib.

Bu barədə "Report"a R.Nurullayev məlumat verib. O bildirib ki, hakim Nurəddin Mustafayevin sədrliyi ilə keçirilən iclasda iddia ilə bağlı əlavə sənədlər tələb olunub.

Növbəti məhkəmə prosesi fevralın 16-da keçiriləcək.

Xatırladaq ki, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də etimad qurultayı keçirilib, gizli səsvermə ilə R.Nurullayev sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib. R.Nurullayev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib, məhkəmə onun iddiasını icraata götürməyib.

Nazirlik eyni qərarı Əli Kərimli ilə də bağlı verib. Ədliyyə Nazirliyi sentyabrın 27-də keçirilən qurultayın nəticələrini tanımayıb. Ə.Kərimli də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi