Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətindən Ali Məhkəməyə şikayət edib

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətindən Ali Məhkəməyə şikayət edib Şikayət bu gün təqdim olunub
Daxili siyasət
10 Sentyabr , 2015 14:26
Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətindən Ali Məhkəməyə şikayət edib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətindən Ali Məhkəməyə şikayət edib. 

Bu barədə "Report"a vəkil Nemət Kərimli bildirib.  O deyib ki, müraciət bu gün təqdim olunub. Partiya Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib. 

Xatırladaq ki, BŞİH Müsavat Partiyasının aprelin 19-na planlaşdırdığı yürüşün keçirilməsinə razılıq verməyib. İcra Hakimiyyəti partiyaya aprelin 19-da saat 15.00-dan 17.00-dək Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməyi təklif edib. Müsavat rəhbərliyi isə bu təklifdən imtina edib və icra hakimiyyətini məhkəməyə verib. İnzibati-İqtisadi Məhkəmə partiyanın Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia ərizəsinə baxmaqdan imtina edib. Daha sonra Müsavat Partiyası Apellyasiya Məhkəməsinə şikayət edib. Məhkəmə müraciəti qəbul etməyib.

Son xəbərlər

Orphus sistemi