Babək qəsəbəsinə şəhər, Nehrəmə qəsəbə statusu verildi

Babək qəsəbəsinə şəhər, Nehrəmə qəsəbə statusu verildi Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Daxili siyasət
770
19 İyun , 2020 16:01
Babək qəsəbəsinə şəhər, Nehrəmə qəsəbə statusu verildi
İlham Əliyev

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanunu imzalayıb.

"Report" xəbər verir ki, qanunla Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib:

1. Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilsin, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilsin.

2. Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilsin, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

3. Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilsin, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

Son xəbərlər

Orphus sistemi