Yuxarı

Baba Rzayevə “Əməkdar mühəndis” fəxri adı verilib

Fuad Məmmədova isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib

Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Balababa Hüseynağa oğlu Rzayevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, B.Rzayev Azərbaycanda elektroenergetika sahəsinin inkişafında xidmətlərinə görə fəxri ada layiq görülüb.

Dövlət başçısının digər sərənsamı ilə Azərbaycanda elektroenergetikanın inkişafında xidmətlərinə görə Fuad Ağakərim oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi