Baş nazir Artur Rasizadənin sədrliyi ilə Azərbaycan hökumətinin iclası keçirilib

Baş nazir Artur Rasizadənin sədrliyi ilə Azərbaycan hökumətinin iclası keçirilib Büdcə zərfinə daxil olan sənədlər toplusunun ölkə prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub
Daxili siyasət
23 Sentyabr , 2014 16:46
Baş nazir Artur Rasizadənin sədrliyi ilə Azərbaycan hökumətinin iclası keçirilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. “Report”un xəbərinə görə, iclasda 2015-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib.

İclası giriş sözü ilə açan baş nazir Artur Rasizadə dövlət büdcəsi layihəsinin prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunmuş nailiyyətlər və dünya iqtisadiyyatında müşahidə olunan meyillər nəzərə alınmaqla tərtib edildiyini vurğulayıb. Layihə hazırlanarkən xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olması məsələlərinə xüsusi diqqət yetirildiyi qeyd olunub.

Büdcə layihəsi ətrafında geniş müzakirələrdən sonra iclasın yekununda “Büdcə sistemi haqqında” qanununa müvafiq olaraq büdcə zərfinə daxil olan sənədlər toplusunun ölkə prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi