​Azərbaycanın hakim partiyası bələdiyyə seçkilərində iştirak edəcək namizədlərinin sayını açıqlayıb

​Azərbaycanın hakim partiyası bələdiyyə seçkilərində iştirak edəcək namizədlərinin sayını açıqlayıb YAP qərara alıb ki, namizədlər arasında gənclərin və qadınların sayı əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə daha çox olsun
Daxili siyasət
28 Oktyabr , 2014 15:23
​Azərbaycanın hakim partiyası bələdiyyə seçkilərində iştirak edəcək namizədlərinin sayını açıqlayıb
Bakı. 28 oktyabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə bütün bələdiyyələrə öz namizədlərini irəli sürmək niyyətindədir. Bu barədə “Report”a YAP-ın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, YAP seçkilərə 15035 namizədlə qatılacaq.

Hakim partiya qərara alıb ki, 2014-cü ildə bələdiyyələrə irəli sürülən namizədlər arasında gənclərin və qadınların sayı əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə daha çox olsun. Yeni Azərbaycan Partiyası bələdiyyələri və bələdiyyə seçkilərini gənclərin və qadınların ictimai-siyasi fəallığını yüsksəltməyin mühüm şərti hesab edir.

Son xəbərlər

Orphus sistemi