“Azəryolservis” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb

“Azəryolservis” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib
Daxili siyasət
28 Dekabr , 2015 17:07
“Azəryolservis” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” sərəncamda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla “Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.

Nazirlər Kabinetinə (NK) “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnaməsinin və strukturunun layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Həmçinin, NK-ya “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yollarının “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini bir ay müddətində təmin etmək, “Azəryolservis” ASC-nin balansına verilən avtomobil yollarının idarə olunması, təmiri, saxlanması, qorunması və yenidən qurulması xərcləri ilə bağlı illik büdcə vəsaitinin “Azəryolservis”ə ayrılmasını təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi