Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq

Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı COVID-19 Gənclərin Beynəlxalq İşçi Qrupunda (COVID-19 Youth Task Force) təmsil olunacaq. Gənc fəal beynəlxalq işçi qrupunun Azərbaycan nümayəndəsi təyin edilib.
Daxili siyasət
6 Aprel , 2020 12:39
Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı COVID-19 Gənclərin Beynəlxalq İşçi Qrupunda (COVID-19 Youth Task Force) təmsil olunacaq. Gənc fəal beynəlxalq işçi qrupunun Azərbaycan nümayəndəsi təyin edilib.

Bu barədə "Report"a məlumat verən F.Şahbazlı bildirib ki, mərkəzi qərargahı Pakistanın İslamabad şəhərində yerləşən beynəlxalq təşkilat koronavirus pandemiyası ilə mübarizədə gənclərin beynəlxalq əməkdaşlığını hədəfləyir:

"Bu beynəlxalq təşkilat koronavirusla mübarizədə müxtəlif sahələrdə fərqlənən gənclərin birgə əməkdaşlığını ehtiva edir və hazırda Asiya, Avropa, Afrika, Karib dənizi, Balkan regionu , ABŞ və Çin daxil olmaqla dünyanın 20-dən artıq ölkəsindən olan nüfuzlu gənc liderləri ətrafında birləşdirir. "Covid-19 Youth Task Force" müxtəlif ölkələrin dövlət qurumları, QHT, media qurumları və digər əlaqədar təşkilatlarla yaxından əməkdaşlıq edəcək.

Bu beynəlxalq təşkilat Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının məqsədlərini dəstəkləyir".

Son xəbərlər

Orphus sistemi