Yuxarı

Azərbaycanlı iş adamı Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb

İş adamlarımızı bu təşəbbüsə qoşulmağa çağırıram

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanlı iş adamı Silahlı Qüvvələrə yardım edib. "Report"un məlumatına görə, "Avesta" Konserninin prezidenti, iş adamı hacı İbrahim Nehrəmli Silahlı Qüvvələrə Yardım Fonduna əlli min manat məbləğində vəsait köçürüb. 

Hacı İbrahim İbrahimov "Report"un əməkdaşına faktı təsdiqləyərək bildirib ki, Azərbaycan xalqının hər bir nümayəndəsi Ali Baş Komandanın ətrafında sıx birləşməlidir: "Hesab edirəm ki, hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad edilməsi üçün əlindən gələni etməlidir. Bu bizim hər birimizin vətəndaşlıq borcumuzdur".

İş adamı zərurət yarandığı təqdirdə bundan sonra da Azərbaycan ordusuna yardım edəcəyini diqqətə çatdırıb: "Bu təşəbbüsə bütün iş adamlarımız qoşula bilər. Hər kəs bacardığını, əlindən gələni etməlidir. İş adamlarımızı bu təşəbbüsə qoşulmağa çağırıram. İnşallah, tezliklə işğal olunan torpaqlarımız cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində işğaldan tamamilə azad olunacaq. O torpaqlarda biz iş adamları xalqımızın, dövlətimizin və cənab Prezidentimizin dəstəyi ilə dünyanı heyran qoyan layihələr həyata keçirəcəyik", - deyə Hacı İbrahim Nehrəmli bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi