Yuxarı

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri genişləndirilir

Hazırda konsulun səlahiyyəti yalnız Azərbaycan vətəndaşlarına pasport vermək hüququ ilə məhdudlaşır

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri genişləndirilir. “Report” xəbər verir ki, bu məsələ Milli Məclisdə müzakirə olunan “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə dəyişikliklər layihəsində öz əksini tapıb.

Dəyişikliklərə əsasən, konsula Azərbaycan vətəndaşlarına pasport vermək, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək hüququnun verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, hazırda konsulun səlahiyyəti yalnız Azərbaycan vətəndaşlarına pasport vermək hüququ ilə məhdudlaşır.

Dəyişikliklər “15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunla nəzərdə tutulmuş fərdi identifikasiya kartının xaricdə yaşayan vətəndaşların əldə edə bilməsi məqsədilə irəli sürülüb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi