Azərbaycanın "Terrorçuluğa qarşı mübarizə haqqında" qanununa dəyişiklik ediləcək

Azərbaycanın "Terrorçuluğa qarşı mübarizə haqqında" qanununa dəyişiklik ediləcək Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
Daxili siyasət
16 May , 2016 14:37
Azərbaycanın Terrorçuluğa qarşı mübarizə haqqında qanununa dəyişiklik ediləcək

Bakı. 16 may. REPORT.AZ/ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında "Terrorçuluğa qarşı mübarizə haqqında" qanuna təklid edilən dəyişiklik müzakirəyə çıxarılıb.

"Report"un məlumatına görə, dəyişiklik barədə danışan komitə sədri Ziyafət Əsgərov bildirib ki, sənədin müvafiq maddələrindəki "terror aksiyası" sözləri "terror aktları" sözləri ilə əvəzlənəcək.

O qeyd edib ki, "terror aktı" konkret hüquqi yük daşıyan bir anlayışdır, "aksiya" isə politoloji məna kəsb edir: "Düzəlişlərin əsas məqsədi sənədi Cinayət Məcəlləsinə uyğunlaşdırmaqdır".

Z.Əsgərov qeyd edib ki, terrorçuluğa qarşı mübarizə Azərbaycan siyasətinin ən önəmli istiqamətlərindən biridir: "Azərbaycan da terrorçuluqdan əziyyət çəkən ölkədir. Biz illər boyu erməni terroruna məruz qalmışıq və bu, hələ də davam edir. Terrorçuluğa qarşı mübarizə ilə bağlı 10-dan çox beynəlxalq konvensiya qəbul olunsa da, təəssüf ki, bu günədək onların heç birinə əməl edilməyib".

Dəyişiklik layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi