Azərbaycanın nazirlərindən biri səhhətində yaranmış problemlə bağlı evdə səs verəcək

Azərbaycanın nazirlərindən biri səhhətində yaranmış problemlə bağlı evdə səs verəcək Nazirin səhhətindəki problem ona seçki məntəqəsinə gəlməyə mane olub
Daxili siyasət
26 Sentyabr , 2016 18:33
Azərbaycanın nazirlərindən biri səhhətində yaranmış problemlə bağlı evdə səs verəcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan vergilər naziri Fazil Məmmədov referendumda səs vermək üçün seçki məntəqəsinə gələ bilməyib.

"Report"un əldə etdiyi məlumata görə, buna nazirin səhhətində yaranmış problem səbəb olub. 

Buna görə də, nazir mühafizəçisini qeydiyyatda olduğu 29 saylı Səbayil seçki dairəsinin 15 saylı məntəqəsinə göndərib. Mühafizəçi məntəqə sədrinə nazirin səhhəti ilə bağlı arayış təqdim edib. Bundan sonra F.Məmmədova bülleten və səsvermə qutusu göndərilib. 

Son xəbərlər

Orphus sistemi