Azərbaycanın müxalifyönlü partiya sədrləri İranda səfərdədir

Azərbaycanın müxalifyönlü partiya sədrləri İranda səfərdədir Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və partiya sədrinin birinci müavini Həsrət Rüstəmov İran İslam Respublikasında səfərdədir.
Daxili siyasət
326
12 Fevral , 2018 14:29
Azərbaycanın müxalifyönlü partiya sədrləri İranda səfərdədir

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və partiya sədrinin birinci müavini Həsrət Rüstəmov İran İslam Respublikasında səfərdədir.

Bu barədə “Report”a partiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərdə məqsəd İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə fevralın 10-dan 13-dək Tehranda keçirilən bayram tədbirlərində iştirak etməkdir. Bundan başqa, İranın siyasi təmsilçiləri ilə və dövlət televiziyasında görüşlər də nəzərdə tutulub.

Xatırladaq ki, səfərin təşkilatçısı İranın Azərbaycandakı səfirliyidir.

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də İrandadır.

Son xəbərlər

Orphus sistemi