Azərbaycanın Moldovadakı səfirliyində səsvermə prosesi davam edir

Azərbaycanın Moldovadakı səfirliyində səsvermə prosesi davam edir Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları da Kişinyovda yaradılan məntəqədə səs verəcəklər
Daxili siyasət
11 Aprel , 2018 12:45
Azərbaycanın Moldovadakı səfirliyində səsvermə prosesi davam edir

Kişineu. 11 aprel. REPORT.AZ/ Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Moldovadakı səfirliyində yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, səfirliyin konsulluq qeydiyyatında olan və səsvermə hüququna malik Azərbaycan vətəndaşlarının sayı 174-dür.

Səsvermə prosesi Azərbaycanın Seçki Məcəlləsinə uyğun aparılır. İndiyə qədər 22 seçici səs verib. 

Səfirlikdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün seçicilər və müşahidəçilər üçün lazımı şərait yaradılıb. Səsvermədə Moldovada fəaliyyət göstərən Azərbaycan diplomatları, onların ailə üzvləri, bu ölkədə müvəqqəti yaşayan və ezamiyyətdə olan Azərbaycan vətəndaşları iştirak edirlər. Azərbaycanın Rumıniyadakı səfirliyinin diplomatları da bu seçki məntəqəsində səs verəcəklər. 

Hazırda davam edən səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi