Yuxarı

​Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib

Prezident İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin”, - deyə sərəncamda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi