Azərbaycanın keçmiş prezidentlərinin və onların ailə üzvlərinin təminat xərcləri artırılır

Azərbaycanın keçmiş prezidentlərinin və onların ailə üzvlərinin təminat xərcləri artırılır Bu, 2018-ci il dövlət büdcəsi layihəsində əks olunub
Daxili siyasət
26 Oktyabr , 2017 11:58
Azərbaycanın keçmiş prezidentlərinin və onların ailə üzvlərinin təminat xərcləri artırılır

Bakı. 26 oktyabr. REPORT.AZ/ Növbəti il dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş prezidentlərinin və onların ailə üzvlərinin təminat xərclərinin artırılacağı gözlənilir.

“Report”un xəbərinə görə, bu, 2018-ci il dövlət büdcəsi layihəsində əks olunub.

Gələn il üçün nəzərdə tutulan vəsait 304 min 891 manatdır. Bu, 2017-ci ildəkindən 1873 manat çoxdur.

Qeyd edək ki, bu il üçün qeyd olunan sahəyə 303 min 18 manat vəsait ayrılıb.

Son xəbərlər

Orphus sistemi