Yuxarı

Azərbaycanın dövlət qurumlarından birinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub

Yəhya Babanlı bu gündən işə başlayıb

Bakı. 16 iyul. REPORT.AZ/ Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) mətbuat xidmətinə yeni rəhbər təyin olunub. "Report" xəbər verir ki, bu vəzifəyə "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Yəhya Babanlı təyinat alıb. 

Y.Babanlı "Report"a xəbəri təsdiqləyərək deyib ki, bu vəzifəyə 2 gün əvvəl təyin olunub və bu gündən işə başlayıb.

Qeyd edək ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Prezident İlham Əliyevin 1 fevral 2013-cü il tarixli fərmanı ilə yaradılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi