"Report"un Şimal bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan və xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov çıxışında ulu öndərin şərəfli polis peşəsinə olan hörməti və güvəni haqqında şəxsi heyətə danışıb. O, yarandığı gündən daxili işlər orqanlarının şərəfli xidmət yolu keçdiyini, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğunu və sabitliyin, əmin-amanlığın qorunmasında fədakar xidmət apardığını bildirib. Çıxışında bütün polis əməkdaşlarını Azərbaycan Polisinin 101 illiyi münasibəti ilə təbrik edən S.Neymətov hər bir əməkdaşa çalışdığı çətin və ağır polis peşəsində uğurlar və yüksək nailiyyətlər arzulayıb.
Daha sonra çıxış edənlər Azərbaycan Polisinin 101 illiyi münasibətilə polis əməkdaşlarını təbrik ediblər. Daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirən tədbir iştirakçıları şəxsi heyətə gələcək fəaliyyətlərində də uğurlar arzulayıblar.
Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.
Bundan başqa, Qax Rayon Polis Şöbəsində
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan və xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər polis adının şərəfli ad olduğunu və hər bir polisin bu ada layiq olmağa çalışdığını söyləyiblər. Polisin asayişin keşiyində daim dayanmalı olduğunu vurğulayıblar. Bildirilib ki, istintaqdan yayınmağa çalışan insanların vaxtında aşkar olunaraq istintaqa cəlb edilməsi axtarışların da vəziyyətinin yüksək səviyyədə olmasından xəbər verir. Qeyd olunub ki, ümumiyyətlə, Qax şəhərində hazırda tam əmin-amanlıqdır.
Tədbirdə bir qrup polis əməkdaşı fəxri fərman, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.
Sonda Azərbaycan polisinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Eyni zamanda Zərdab Rayon Polis Şöbəsində
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan və xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İlk öncə Daxili İşlər naziri, general-polkovnik
Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Azər Əfəndiyev Azərbaycan polisinin, o cümlədən rayon polis şöbəsinin əməkdaşlarının keçdiyi şərəfli yoldan ətraflı danışıb. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə Polis Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev isə çıxışında bildirib ki, Azərbaycan polisinin keçdiyi 101 illik bu tarixi yol şərəfli yoldur, eyni zamanda bugünkü nəsil üçün örnəkdir: "Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılıb. Hazırda Prezident
Tədbirin sonunda polis veteranlarına və xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
Bundan başqa Gəncədə də polis işçilərinin peşə bayramı qeyd olunub. "Report"un Qərb Mərkəzinin məlumatına görə, 2 iyul - Polis işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, Gəncə Şəhər Prokuroru Fazil Həsənəliyev, Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə Şəhər İdarəsinin rəisi Əli Əliyev, Gəncə Şəhər Hərbi Prokuroru Əmrah Mehdiyev, Gəncə Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti və veteran polislər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Gəncənin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Daha sonra onlar Şəhidlər Xiyabanında olub, ötən il Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun, habelə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igid oğulların məzarlarını ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, hüquq mühafizə sistemi müstəqil dövlətin ən böyük təsisatlarından biridir. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur. Vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə ediləndə azad olur. Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim əsas götürülüb. O qeyd edib ki, Azərbaycan polisi bu gün 101 yaşını qeyd edir. Bu çətin və bir o qədər də şərəfli peşənin sahibləri daim dövlət və dövlətçiliyə sədaqət nümayiş etdiriblər və bundan sonra da xalqın xidmətində olacaqlar.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara məsuliyyətli işlərində uğurlar arzulayıb. O qeyd edib ki, ulu öndər Heydər Əliyev daim hüquq-mühafizə sisteminə xüsusi diqqət yetirib. Danılmaz faktdır ki, hüquq-mühafizə sistemində polisin rolu xüsusi əhəmiyyət kəsb edir. Niyazi Bayramov xalqın əminamanlığının keşiyində dayanan polislərə daim ayıq-sayıq olmağı, öz xidməti vəzifələrini vicdan və məsuliyyətlə yerinə yetirmələrini diləyib.
Gəncə Şəhər Prokuroru Fazil Həsənəliyev öz çıxışında vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan polisinin xidməti və fəaliyyətinə yüksək dəyər verilir. O qeyd edib ki, Azərbaycan polisi Ümummilli lider Heydər Əliyevin dövlətçilik və müstəqillik, sabitlik və inkişaf ideyalarına sadiq olmalı, dövlətə və xalqa sədaqətlə xidmət etməlidir. Xalqın keşiyində dayanan polis elə xalq deməkdir. Fazil Həsənəliyev Gəncə Şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə cinayətkarlığa qarşı mübarizə sahəsində, hüquq qaydalarının və qanunun aliliyinin qorunması işində uğurlar arzu edib.
Tədbirdə veteran polislər, habelə şəhid olmuş polislərin ailə üzvləri çıxış edərək, bu şəfərli peşənin çətinliyi və məsuliyyətindən söz açıb, qanun keşikçilərini peşə bayramları münasibətilə təbrik ediblər.
Tədbirin sonunda Azərbaycan polisinin yaranmasının 101 illiyi münasibətilə Gəncə Şəhər Baş Polis İdarəsinin bir qrup üzvünə Daxili İşlər Nazirliyinin Fəxri fərman və mükafatları təqdim olunub.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoyublar.
Biləsuvar Rayon İcra Hakimiyyətinin təbrik məktubu oxunduqdan sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev peşə bayramları münasibəti ilə bütün polis işçilərini təbrik edərək bildirib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edərək, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir.
Tədbirdə rayon Polis şöbəsinin rəisi Əlyəddin Səfərov çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Cəlilabadda da Polis günü qeyd olunub. Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. Rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov peşə bayramı münasibətilə polis işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Vurğulanıb ki, Azərbaycan polisi dövlətçiliyimizin qorunub möhkəmlənməsində, sabitliyin və əmin-amanlığın təmin olunmasında, ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsində bundan sonra da öz qüvvə və səylərini əsirgəməyəcək. Tədbirdə çıxış edən şöbənin rəisi, polis polkovniki Mübariz Quliyev Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışıb, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Sonda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.