​Azərbaycanın birinci xanımı Macarıstanın ali ordeni ilə təltif edilib

​Azərbaycanın birinci xanımı Macarıstanın ali ordeni ilə təltif edilib Macarıstanın baş naziri mərasimdə çıxış edib
Daxili siyasət
6 Mart , 2016 15:28
​Azərbaycanın birinci xanımı Macarıstanın ali ordeni ilə təltif edilib

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Macarıstanın baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif olunması mərasimi keçirilib.

"Report" xəbər verir ki, Macarıstanın baş naziri mərasimdə çıxış edib.

Baş nazir Viktor Orban ordeni Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edib.

Birinci xanım Mehriban Əliyeva baş nazir Viktor Orbana təşəkkürünü bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi