Azərbaycanın Batumidəki Baş Konsulluğunda səsvermə vaxtında başlayıb

Azərbaycanın Batumidəki Baş Konsulluğunda səsvermə vaxtında başlayıb Batumi. 11 aprel. REPORT.AZ/ Azərbaycanın Batumidəki Baş Konsulluğunda Prezident seçkiləri ilə əlaqədar səsvermə vaxtında başlayıb.
Daxili siyasət
11 Aprel , 2018 08:34
Azərbaycanın Batumidəki Baş Konsulluğunda səsvermə vaxtında başlayıb

Batumi. 11 aprel. REPORT.AZ/ Azərbaycanın Batumidəki Baş Konsulluğunda Prezident seçkiləri ilə əlaqədar səsvermə vaxtında başlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, səsvermə səhər saat 8-də başlayıb.

Baş konsul Pərviz İsmayılzadə məntəqəni açaraq ilk səs verib və seçicilərə uğurlar arzulayıb.

Azərbaycanın Batumidəki Baş Konsulluğunun əməkdaşları, bu şəhərdə yaşayan, təhsil alan və işləyən Azərbaycan Respublikası vətəndəşları prezident seçkiləri ilə əlaqədar Baş Konsulluqda yaradılmış məntəqədə səs verirlər.

Konsulluğun foyesindəki stenddə seçicilərin siyahısı asılıb.

Seçki prosesi Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun təşkil olunub.

Səs vermək üçün Baş Konsulluğa gələn Azərbaycan vətəndaşları öz istəklərinə uyğun olaraq istədikləri namizədə səs verirlər. 

Son xəbərlər

Orphus sistemi