Deputat: "Azərbaycanı ittiham etmək ağır nəticələrə gətirib çıxara bilər"

Deputat: "Azərbaycanı ittiham etmək ağır nəticələrə gətirib çıxara bilər" "Xudafərin körpüsü işğaldan azad ediləndən dərhal sonra Prezident İlham Əliyev onu dostluq körpüsü adlandırmışdı.
Daxili siyasət
22 Oktyabr , 2021 15:20
Deputat: Azərbaycanı ittiham etmək ağır nəticələrə gətirib çıxara bilər

"Xudafərin körpüsü işğaldan azad ediləndən dərhal sonra Prezident İlham Əliyev onu dostluq körpüsü adlandırmışdı. Bu, Azərbaycanın İranla münasibətlərə nə qədər önəm verdiyini açıqca göstərirdi. Lakin bunun qarşılığında İran tərəfi sözdə hər dəfə Azərbaycanın ərazi bütövlüyünə hörmət nümayiş etdirsə də, əməldə isə əksini edirdi".

Bu fikirləri "Report"a açıqlamasında deputat Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, bu, İranın siyasi qeyri-səmimiliyinin başlanğıcı idi: "Bu qeyri-səmimiliyə Azərbaycan uzun müddət İran maşınlarının Qarabağa yük daşımasına etiraz etməklə reaksiya vermişdi. Nəticə olmadığı zaman isə Azərbaycan adekvat tədbirlər gördü və bunun da nəticəsi göz qabağındadır. Qısa müddət öncə İran tərəfindən bu ölkənin şirkətlərinə məxsus yük maşınlarının Azərbaycan torpaqlarına qeyri-qanuni girişinin qadağan edilməsi münasibətlərin normala geri dönməsi üçün bəlkə də ilk addım ola bilər".

Nurlan Həsənov
Nurlan Həsənov

Deputat münasibətlərin bu nöqtəyə gəlməsində Azərbaycan tərəfinin günahkar olmadığını vurğulayıb: "Azərbaycanın məqsədi aydındır - ərazi bütövlüyünü və sülhü qorumaq. İran bunu anlayışla qarşılaya bilərdi. İndi daha aydın görünür ki, 44 günlük müharibə ilə Azərbaycan həm öz torpaqlarını işğaldan azad etdi, həm də tək Ermənistana qarşı yox, bir növ bütün regionda diplomatik və siyasi qələbə qazandı. Bu, o qədər də asan deyildi".

"Ümid edək ki, artıq İran tək sözdə yox, eyni zamanda əməldə də Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşacaq və ölkəmizə qarşı hər hansı bir təxribatın içində yer almayacaq. Lakin dediyim kimi, bu, tək sözdə qalmamalıdır. Ölkəmizin yerləşdiyi geosiyasi mövqe, gedən siyasi oyunlar milli maraqlarımızın qorunması üçün həqiqətən güclü siyasi iradə və ustaca düşünülmüş uzaqgörən qərarlar tələb edirdi və bu tələb gələcəkdə də belə qalacaq. Prezident İlham Əliyevin istər müharibə vaxtı, istərsə də müharibədən sonrakı dövrdə nümayiş etdirdiyi siyasi iradəni isə bütün dünya gördü. Odur ki, Azərbaycanı ittiham etmək və hələ də təhdid etmək təxmin edilməsi mümkün olmayan ağır nəticələrə gətirib çıxara bilər" - N.Həsənov qeyd edib.

Son xəbərlər

Orphus sistemi