Azərbaycanın turizm bölgələrindən birində polis bölməsi yaradılıb

Azərbaycanın turizm bölgələrindən birində polis bölməsi yaradılıb Ramil Usubov inzibati binanın açılışında iştirak edib
Daxili siyasət
21 Avqust , 2015 17:38
Azərbaycanın turizm bölgələrindən birində polis bölməsi yaradılıb

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycanın turizm bölgələrindən birində polis bölməsi yaradılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qusar rayonunda ictimai qaydanın qorunmasının, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədilə rayon mərkəzindən uzaqlığını nəzərə alaraq, Azərbaycan Prezidentinin tapşırığı ilə Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu Zindan-Muruq, Kuzun, Aladaş və Ləzə kəndlərini əhatə edən ərazi polis bölməsi yaradılıb.

Bu gün həmin ərazidə inşa edilmiş ən müasir standartlara uyğun inzibati binanın açılışı olub.

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib, tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi