Azərbaycanda yeni medal təsis olunur

Azərbaycanda yeni medal təsis olunur "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununa dəyişiklik edilir
Daxili siyasət
20 Sentyabr , 2017 14:04
Azərbaycanda yeni medal təsis olunur

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı təsis olunur.

"Report" xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununa dəyişiklik edilir.

Bu yubuley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.

Son xəbərlər

Orphus sistemi