Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında fərman imzalayıb. “Report” xəbər verir ki, fərmana əsasən, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılacaq.
Həmçinin fərmanla “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi” təsdiqlənib. Dövlət Xidmətinin aparatının işçilərinin say həddi 23 ştat vahidi müəyyən edilib.