Azərbaycanda yaşamaq istəyən əcnəbilərin bilikləri yoxlanılacaq

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin bilikləri yoxlanılacaq İki gündə 100-ə yaxın insan müsahibəyə çağrılıb
Daxili siyasət
7 Oktyabr , 2017 10:53
Azərbaycanda yaşamaq istəyən əcnəbilərin bilikləri yoxlanılacaq

Bakı. 7 oktyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti Azərbaycanda daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə oktyabrın 11-i və 12-də müsahibə keçirəcək.

"Report" məlumatına görə, müsahibənin məqsədi əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılmasıdır.

Müsahibəyə ümumillikdə 95 nəfər dəvət olunub ki, onlardan 48-nin oktyabrın 11-də, qalanlarının isə oktyabrın 12-də bilikləri yoxlanılacaq. 

Son xəbərlər

Orphus sistemi