Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ilə bağlı təşəbbüsə seçici münasibəti məlum olub.
“Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsilə bağlı açıqladığı ilkin məlumatlara əsasən, Prezident İlham Əliyevin “Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri:
I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” maddəsinin əlavə edilməsi təşəbbüsünə səsvermədə iştirak edən seçicilərin 89,3 faizi “hə” deyib.