"Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, onların hərtərəfli qayğı ilə əhatə olunması dövlət siyasətində prioritet istiqamətlərdəndir. Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı olaraq mühüm işlər görülür".
Bunu "Report"a müsahibəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, 1992-ci ildə ölkəmizin qoşulduğu “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının implementasiyası məqsədilə respublikamızda uşaqların müdafiəsi sahəsində müxtəlif istiqamətlər üzrə islahatlar həyata keçirilib, güclü qanunvericilik bazası formalaşdırılıb, bu sahədə mühüm nailiyyətlər əldə olunub:
"Ölkəmizdə bütün uşaqlar üçün bərabər imkanların yaradılması, təhsil, səhiyyə, sosial, istirahət və digər xidmətlərin daha əlçatan olması üçün aparılan islahatlar bu gün də davam etdirilir. Azərbaycan Pezidentinin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın və 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin və institusional strukturun təkmilləşdirilməsinə, uşaqların hüquqlarının qorunmasına xidmət edir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.