Azərbaycanda ümumxalq səsverməsi (referendum) başlayıb - VİDEO

Azərbaycanda ümumxalq səsverməsi (referendum) başlayıb - VİDEO Səsvermə prosesi saat 19:00-da başa çatacaq
Daxili siyasət
26 Sentyabr , 2016 08:00
Azərbaycanda ümumxalq səsverməsi (referendum) başlayıb - VİDEO

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) başlayıb.

"Report"un xəbərinə görə, seçkilərin başlanmasını Mərkızi Seçki Komissiyasının (MSK) Məzahir Pənahov televiziyalar vasitəsilə canlı yayımda edib. Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə seçki prosesinə start verilib. 

Saat 08:00-da başlayan səsvermə prosesi saat 19:00-da başa çatacaq.

Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi gün ərzində 5 dəfə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumat verəcəklər.

Xatırladaq ki, referendumla əlaqədar üç - "Yeni Azərbaycan", "Vətəndaş Cəmiyyəti" və "Bələdiyyə" təşviqat qrupu Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Səsvermə prosesini 53 mindən artıq yerli müşahidəçi ilə yanaşı 117 beynəlxalq müşahidəçi izləyəcək. Həmin şəxslər 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentariləridir.

Bu gün "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi (Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ABŞ-ın "AJF&Associates Inc." təşkilatı ilə birgə), "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "Rəy" Monitorinq Mərkəzi "exit-poll" keçirəcək.

Son xəbərlər

Orphus sistemi