Yuxarı

Azərbaycanda ümumxalq səsverməsi baş tutmuş hesab olunur

Referendumda vahid seçici siyahısında olan seçicilərin 25%-dən azı iştirak etdikdə referendum baş tutmamış sayılır

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə bu günə - sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) baş tutmuş hesab olunur.

“Report” xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, referendumda vahid seçici siyahısında olan seçicilərin 25%-dən azı iştirak etdikdə referendum baş tutmamış sayılır.

Bu gün saat 12:00-a olan seçici fəallığı vahid seçici siyahısında olan seçicilərin 30.6 faizini təşkil edir. Yəni, referendum baş tutmuş hesab olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi