Azərbaycanda tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı qadağan olunur

Azərbaycanda tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı qadağan olunur ​Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
Daxili siyasət
2 May , 2017 11:53
Azərbaycanda tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı qadağan olunur

Bakı. 2 may. REPORT.AZ/ Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda “Üzümçülük və şərabçılıq haqqında” qanununa dəyişiklik layihəsi müzakirə edilib.

Bu dəyişiklik “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə təklif olunub. Layihədə bəzi qadağalar nəzərdə tutulub.

Komitə sədri Eldar İbrahimov deyib ki, insanların sağlamlığının qorunması mühüm məsələdir, ona görə də bu cür dəyişikliklər dəstəklənməlidir. O qeyd edib ki, Azərbaycanda tütünçülük, şərabçılıq inkişaf etdirilməlidir: “Məhsullar xarici bazarlara çıxarılmalıdır. Bunun reklama aidiyyatı yoxdur”.
O deyib ki, alkoqollu içkilərin aksiz marka ilə markalanması çox ciddi məsələdir: “Sovet dövründə 3 manata araq alırdıq, heç baxmırdıq ki, aksiz markası var, ya yox. Amma indi araq alanda mütləq aksiz markasına baxırıq”.

Komitənin üzvü Cavanşir Paşazadə bildirib ki, layihədə tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində yerləşdirilməsi qadağan olunduğu göstərilib: “Elə pivələr var ki, spirtililik dərəcəsi 3 faizdir. Bunun reklamı olarmı? Buna aydınlıq gətirilməlidir”.
Komitə sədri E.İbrahimov deyib ki, layihədə 5 faiz göstərilib.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi