Azərbaycanda torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasına görə cərimələr artırılır

Azərbaycanda torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasına görə cərimələr artırılır Qaydanı pozanlar 2000 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək
Daxili siyasət
11 Dekabr , 2015 18:39
Azərbaycanda torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasına görə cərimələr artırılır

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanda torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasına görə cərimələr artırılır. "Report" xəbər verir ki, belə qanun pozuntusuna görə cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub.

Məcəllənin 249-cu maddəsinə əsasən, vəzifəli şəxs tərəfindən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti üçün ayrılmasına görə - 2 min manatdan 3 min manatadək məbləğdə cərimə ediləcək.

Xatırladaq ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, belə qanun pozuntusu törədən şəxslər 1500 manat miqdarında cərimə edilir.

Yeni məcəllə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. 

Son xəbərlər

Orphus sistemi