Azərbaycanda topdansatış pivənin nağd şəkildə satışı qadağan olunacaq

Azərbaycanda topdansatış pivənin nağd şəkildə satışı qadağan olunacaq Milli Məclis Cinayət Məcəlləsinə dəyişikliyi qəbul edib
Daxili siyasət
18 Mart , 2016 12:49
Azərbaycanda topdansatış pivənin nağd şəkildə satışı qadağan olunacaq

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanda topdansatış pivənin nağd şəkildə satışı ilə məşğul olan şəxslər cəzalandırılacaq. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Cinayət Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Məcəllənin 213-1-ci maddəsində "Tütün" sözü "Pivənin və tütün" sözləri ilə əvəz edilib. Belə ki, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi