Yuxarı
    Bağlamaq

    Azərbaycanda tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına görə nəzərdə tutulan cəza ağırlaşdırılır

    Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir

    Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına görə, cərimənin miqdarı artırılır, əlavə olaraq inzibati həbs cəzasının tətbiq olunması nəzərdə tutulur.

    "Report"un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinin 208-ci maddəsinə dəyişiklik təklif edilir.

    Dəyişiklik layihəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə, və ya onların (onların hissələrinin) toplanmasına görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək inzibati həbs nəzərdə tutulur.

    Bu maddədə "az miqdarda" dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdardan aşağı miqdar başa düşülür.

    Layihədə qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi maddəsi ilə satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak miqdarında əkilməsinə, yetişdirilməsinə və ya toplanılmasına görə inzibati məsuliyyət müəyyən edilib. Satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrini) hansı miqdarda kultivasiyasının inzibati və ya cinayət məsuliyyətinə səbəb olması müəyyən edilməyib ki, bu da cinayət prosesini həyata keçirən orqanlar tərəfindən həmin maddənin tətbiqində anlaşılmazlıq yaradır.

    Layihə Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi