​Azərbaycanda təkrar parlament seçkilərini 500-dən artıq yerli və 5 xarici müşahidəçi izləyəcək

​Azərbaycanda təkrar parlament seçkilərini 500-dən artıq yerli və 5 xarici müşahidəçi izləyəcək Xarici müşahidəçilər Avropa Şurasını təmsil edirlər
Daxili siyasət
7 iyun 2016 06:56
​Azərbaycanda təkrar parlament seçkilərini 500-dən artıq yerli və 5 xarici müşahidəçi izləyəcək

Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkiləri 500-dən artıq yerli 5 xarici müşahidəçi izləyəcək.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, xarici müşahidəçilər Avropa Şurasını təmsil edirlər.

MSK sədri qeyd edib ki, həmin dairə üzrə 40 məntəqə var, hər məntəqəyə 12-13 müşahidəçi düşür: "Həm imkanlar, həm də müşahidəçilərin sayı baxımından heç bir problem yoxdur. Məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb".

Son xəbərlər

Orphus sistemi