Azərbaycanda iş yerində inzibati xətalara görə işdən kənarlaşdırılma halları açıqlanıb

Azərbaycanda iş yerində inzibati xətalara görə işdən kənarlaşdırılma halları açıqlanıb Azərbaycanda şəxsin iş yerində yol verdiyi inzibati xətalara görə işdən kənarlaşdırılması halları açıqlanıb.
Daxili siyasət
22 Fevral , 2022 19:36
Azərbaycanda iş yerində inzibati xətalara görə işdən kənarlaşdırılma halları açıqlanıb

Azərbaycanda iş yerində yol verilən inzibati xətalara görə işdən kənarlaşdırılma halları açıqlanıb.

"Report" xəbər verir ki, Suraxanı Rayon Məhkəməsinin müraciəti əsasında Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb və müvafiq qərar qəbul edilib.

Qərarda bildirilib ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər:

a) Cinayət-Prosessual Məcəlləsinin 90-cı və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda;

b) İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə.

Son xəbərlər

Orphus sistemi