Azərbaycanda sahibkarlara yeni cərimə tətbiq ediləcək

Azərbaycanda sahibkarlara yeni cərimə tətbiq ediləcək Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub
Daxili siyasət
8 Sentyabr , 2016 12:18
Azərbaycanda sahibkarlara yeni cərimə tətbiq ediləcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda sahibkar yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya verməməsinə, təhrif olunmuş, yanlış məlumatı verməsinə görə cərimələnəcək.

“Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 602.4 maddəsinə dəyişiklik təklif olunur.

Dəyişiklik layihəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təhrif olunmuş halda verməsinə, yanlış məlumatın verilməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatədək cərimə edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi