​Azərbaycanda rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bağlı 100 cinayət işi məhkəmələrə göndərilib

​Azərbaycanda rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bağlı 100 cinayət işi məhkəmələrə göndərilib İstintaq müddətində 3 milyon 151 min manatın ödətdirilməsi təmin olunub
Daxili siyasət
30 İyul , 2016 16:29
​Azərbaycanda rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bağlı 100 cinayət işi məhkəmələrə göndərilib

Bakı. 30 iyul. REPORT.AZ/Azərbaycanda 2016-cı ilin ilk 6 ayı ərzində rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israfetmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə143 şəxs barəsində100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu barədə Baş prokuror Zakir Qaralov prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.

Z.Qaralov vurğulayıb ki, məhkəmələrə göndərilmiş cinayətişləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manatın ödətdirilməsi təmin olunmuş, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi