Azərbaycanda respondentlərin mütləq əksəriyyəti, yəni 83,6%-i türk dövlətlərini özlərinə yaxın hesab edirlər.
“Report” xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.
Nəticələri respondentlərin yaş qrupları üzrə təhlil etdikdə Azərbaycan cəmiyyətində türk ölkələrinə yaxınlıq hissi müxtəlif nəsillər üzrə yüksək qiymətləndirilib.
Həmçinin nəticələrin gender aspektindən təhlili kişilərin və qadınların sözügedən mövqeni bərabər səviyyədə bölüşdüyünü göstərib.
Analoji nəticəni respondentlərin təhsil səviyyəsi üzrə göstəricilərə də şamil etmək olar.
Sorğu əsnasında iştirakçıların 12,0%-i İslam ölkələrinə, 8,6%-i keçmiş sovet ölkələrinə yaxınlıq hiss etdiklərini qeyd ediblər.
Respondentlərin 6,5%-i bu suala cavabında “qonşu ölkələr”, 2,1%-i “Qərb ölkələri” cavab variantını seçiblər. 1,8% isə heç bir ölkəni yaxın hiss etmədiyini bildirib, 1,6%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.