Yeni seysmik stansiyaların quraşdırılacağı yerlər müəyyənləşib

Yeni seysmik stansiyaların quraşdırılacağı yerlər müəyyənləşib AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları tərəfindən respublika ərazisində stansiyaların yerləşdiriləcəyi yerlər seçilib, texniki ölçmə işləri aparılıb.
Daxili siyasət
824
26 Avqust , 2020 12:56
Yeni seysmik stansiyaların quraşdırılacağı yerlər müəyyənləşib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları tərəfindən respublika ərazisində stansiyaların yerləşdiriləcəyi yerlər seçilib, texniki ölçmə işləri aparılıb.

“Report” xəbər verir ki, bu barədə “Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi (Seismic Network Expansion in the Caucasus and Central Asia)” layihəsinin icrası ilə əlaqədar tərəfdaş ölkələrin müvafiq təşkilatlarının nümayəndələri ilə keçirilən videokonfransda bildirilib.

İclasda əsas müzakirələr layihə çərçivəsində Azərbaycanda quraşdırılacaq 22 seysmik stansiya ilə bağlı görülən hazırlıq işləri ilə bağlı olub.

Qeyd olunub ki, hazırda bu istiqamətdə digər tədbirlərin görülməsi davam etdirilir. Müzakirələr zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Ukraynanın Elm və Texnologiya Mərkəzinin “Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi (Seismic Network Expansion in the Caucasus and Central Asia)” layihəsi çərçivəsində 2021-ci ildə Azərbaycana daha 22 seysmik stansiya alınıb gətiriləcək. Həmin stansiyaların quraşdırılmasından sonra respublika ərazisində RSXM-nin stansiyalarının ümumi sayı 84-ə çatacaq.

Son xəbərlər

Orphus sistemi