Azərbaycanda qəlyanın tamamilə qadağan olunması təklif edilib

Azərbaycanda qəlyanın tamamilə qadağan olunması təklif edilib “Bunun arxasında kim dayanır bilmirəm, amma yığışdırmaq lazımdır”
Daxili siyasət
19 Sentyabr , 2017 15:46
Azərbaycanda qəlyanın tamamilə qadağan olunması təklif edilib
Milli Məclis / Report

Bakı. 19 sentyabr. REPORT.AZ/ Milli Məclisdə keçirilən müzakirələrdə qəlyanın qadağan olunması təklif edilib.

“Report”un xəbərinə görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə üzvü Araz Əlizadə deyib ki, qəlyan çəkməyi qadağan etmək lazımdır: “Bu, çox ziyanlıdır. Bunun arxasında kim dayanır bilmirəm, amma yığışdırmaq lazımdır. Deyirlər, bunu turistlər istəyirlər. Ölkəyə gələn hər bir kəs qanuna uyğun davranmalıdır”.

Komitə sədri Hadı Rəcəbli isə çıxışında deyib ki, ölkədə siqaretə tətbiq olunan qadağalar qəlyana da tətbiq edilir.

Araz Əlizadə isə buna etiraz edib. O deyib ki, qəlyan tamamilə qadağan olunmalıdır.

Son xəbərlər

Orphus sistemi